HADİSƏ

Bakıda mağazada yanğın oldu, bir nəfər zəhərləndi

Bakıda mağazada yanğın olub.

32gun.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb. 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. 

Obyekt yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər