HADİSƏ
Otelə gedən tanınmış prokurorun otaqdan meyiti çıxdı (FOTO/VİDEO)
Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, Alanya Ədliyyəsində növbətçi olan prokurorun meyiti qaldığı otelin otağında tapılıb.
Belə ki, prokurorun uzun müddət otağından çıxmaması otel işçilərində şübhə yaradıb. Bunun ardınca otağa daxil olan işçilər prokurorun yerdə uzandığını görüblər.
Daha sonra hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.
Həkimlər onun öldüyünü müəyyən edib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Nilay