Aktrisa intim həyatından danışdı: "Boşanandan bəri heç kimlə cinsi əlaqədə olmamışam"
Məşhur aktrisa Drü Berrimor intim həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
32gun.az xarici mətbuata istinadən bildirir ki, 47 yaşlı cazibədar aktrisa 6 ildir heç kimlə cinsi münasibətdə olmadığını açıqlayıb.
Sənətçi 2016-cı ildə üçüncü həyat yoldaşı Uill Kopelmandan ayrıldıqdan sonra cinsi əlaqədən çəkindiyini deyib.
Daha sonra bu barədə məqalə də qələmə alan D.Berrimor 2 övlad sahibi olduğunu, bütün vaxtını onlara sərf etdiyini, romantik münasibətlər qurmağa vaxtı olmadığını bildirib.
"Mən seksə ehtiyacı olan və çölə çıxıb bu tip insanlarla ünsiyyət quran biri deyiləm. Kimlərsə evlilik bitdikdən qısa müddət sonra yeni münasibətə başlaya bilər. Bununla bağlı heç bir problem yoxdur. Bunu edənləri mühakimə etmirəm. Çünki bu, kiminsə üçün doğru seçim ola bilər. Məndə isə belə alınmadı", - deyə aktrisa qeyd edib.
Cazibədar aktrisa intim həyatından danışdı: "Boşanandan bəri heç kimlə cinsi əlaqədə olmamışam".