HADİSƏ
Bakıda 9 gün əvvəl yoxa çıxan qız görün haradan TAPILDI
Bakıda itkin düşən qadın tapılaraq, sığınacağa təhvil verilib.
32gun.az Lent.az-a istinadən xəbər verir ki, oktyabrın 16-ı saat 20 radələrində itkin düşən Nəsirova Fatimə Aslan qızının tapılması üçün Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Alayının əməkdaşları birgə əməliyyat keçiriblər.
Nəticədə yeniyetmə qız rayon ərazisində saxlanılaraq, "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinə yerləşdirilib.