SOSIAL

Rəcəb Babaşov Şahin Şıxlınskinin anasının yas çadırını sökdürdü

Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Şahin Şıxlinskinin anasının yas çadırı sökülüb.

32gun.az-ın əldə etiyi məlumata görə, bu barədə Qazax rayon Polis Şöbəsi və İcra Hakimiyyəti tərəfindən göstəriş verilib. Göstərişdən sonra icra nümyəndələri yas mərasiminin qurulduğu əraziyə İkinci Şıxlı kəndinə gedərək çadırı söküblər. 

Çadırın sökülmə səbəbi pandemiya ilə əlaqədardır. 

Qeyd edək ki, Şahin Şıxlinskinin anası Xanıma xanım  İkinci Şıxlı kənd qəbristanlığında dəfn olunub.

Nilufər 

Oxşar Xəbərlər