HADİSƏ
Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR: Ölən var
İsmayıllı rayonunun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Fazil Firudin oğlu Abdullayev idarə etdiyi "Kia Sorrento" markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
32gun.az xəbər verir ki, avtomobil yolun kənarına çıxaraq aşağı yuvarlanıb.
Nəticədə avtomobildə olan sürücünün həyat yoldaşı 1961-ci il təvəllüdlü Fatma Xasay qızı Abdullayeva hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb. //Report