HADİSƏ

Ana və uşağını maşın vurub öldürdü - Azərbaycanda

Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 32gun.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və oğlu Xəyalı vurub.

Nəticədə hər 2 piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar Xəbərlər