HADİSƏ

Məmməd Musayevdən Zakir Qaralova məxsus şirkətə qarşı İDDİA

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC kredit müqaviləsi üzrə mübahisələrə görə məhkəməyə verilib.

32gun.az xəbər verir ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi ndə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Şükürov Ayaz Əkbər oğluna qarşı iddia qaldırıb.

İş hakim Elşən Salmanovun icraatına verilib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.  

Qeyd edək ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevdir.

Mediada yayılan və təkzib olunmayan məlumata görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC keçmiş baş prokuror Zakir Qaralova məxsusdur. //Bakıvaxtı.az

Oxşar Xəbərlər