HADİSƏ
Göygöldə zəhərlənən gənc qadın xəstəxanada ÖLDÜ
Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
32gun.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində baş verib.
Rrayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib.
Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.