KRİMİNAL
Kişi hamilə arvadını və qızını DÖYDÜ
Masallıda kişi hamilə həyat yoldaşını və onun qızına qarşı fiziki zorakılıq törədib.
32gun.az-ın xəbərinə görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, kişi 5 aylıq hamilə həyat yoldaşını və onun birinci nikahdan olan 13 yaşlı qızını dəfələrlə döyüb.
Qadın övladı ilə birlikdə Masallıdan Bakıya gələrək sığınacağa müraciət edib. Onlar həkim müayinəsindən keçirilib. 17 həftəlik hamilə olmağına baxmayaraq, qadın bu günə qədər ilk dəfə müayinədən keçib. Onun yenidən qız anası olacağı məlum olub. 13 yaşlı qızı müayinəsi zamanı həkimlər onun onkoloji xəstəlikdən əziyyət çəkməsindən şübhələniblər.