KRİMİNAL

“Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə vermirlər” - YENİLƏNİB (VİDEO)

“İki gündür Rəşadla əlaqə saxlamağa çalışıram, amma alınmır. Axşam yanına yemək aparmaq istədim, dedilər ki, artıq gətiriblər”.

32gun.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Qaradağ Rayon Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Rəşad Əmirovun (Dağlı) dostu Ataş Hüseynov deyib.

O bildirib ki, hadisədən bir gün əvvəl məclisdə olub:

“Mən o məclisin görüntülərini də paylaşmışam. Biz bilmirik ki, mübahisə məclisdə yaranıb, ya məclisdən sonra. Əsas bildiyimiz odur ki, vəkili də yanına girə bilmir. Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşları bildirdilər ki, nə vəkilinin, nə də başqasının Rəşadla görüşməyinə icazə vermirlər. Bu hadisə ilə bağlı Rəşad heç kimə heç nə demədi. Nə qardaşı, nə də mən bilməmişik ki, belə bir hadisə üçün gedir. Bilsəydik, biz qoymazdıq o getsin. Rəşad idmançı olub, əli-qolu güclü olub. Heç vaxt üstündə bıçaq gəzdirməzdi. Bir problem olsa, dalaşardı, mən düşünürəm ki, o özünü müdafiə edib. Amma hər şey yekun araşdırmadan sonra bəlli olacaq”.
 

***15:20

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğuna gətirilib.

32gun.az Report-a istinadən xəbər verir ki,o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.

Hazırda istintaq aparılır.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı Bakı Narkoloji Mərkəzində narkotik müayinəsindən keçirilib.

32gun.az APA-ya istinadən xəbər verir ki,müayinədən sonra meyxanaçı cinayət baş verən yerə aparılıb.

***14:14

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) bu gün prokurorluğa gətirilib.

32gun.az xəbər verir ki, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra o, istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.

Oxşar Xəbərlər