Türkiyəli kişi azərbaycanlı Ginnes rekordçusuna meydan oxudu
2014-cü ildə metal əşyaların bədəninə yapışdığını təsadüfən anlayan və Sakaryada “Maqnit Adam” kimi tanınan Süleyman Dəmirçi bu dəfə fərqli iddia ilə çıxış edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bədəninə yapışdırdığı müxtəlif materialları maqnit kimi çəkməyə başlayan və eyni zamanda özünü bioenerji mütəxəssisi kimi tanıdan Demirci hər xəstəliyi sağaltdığını iddia edib. Boluya köçən və bir müddət orada yaşayan Dəmirçi koronovirus və xərçəngə qarşı dərman tapdığını iddia edib.
S.Demirci həmçinin bədəninə metal, qızıl, gümüş, ağac kimi bir çox fərqli material yapışdıran və adını Ginnesin Rekordlar Kitabına yazdıran azərbaycan əsilli, Gürcüstan vətəndaşı Etibar Elçe Marneuliyə (Etibar ELçiyev) də meydan oxuyub.
O Etibar Elçenn 50 qaşıq yapşdırma rekordunu 100 qaşıqla qıraraq Ginnesin Rekordlar Kitabına düşməyi hədəfləyir.
Nilay
