"Cin çıxarmaq" adı ilə 38 yaşlı kişini boğub öldürdü - Saxlanılanlar var
Konyanın Ereğli rayonunda Suriya vətəndaşının ölümü ilə bağlı "cin çıxarmaq" adı ilə 6 şübhəli saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ilə bağlı şübhəli bilinən 6 əcnəbi ölkə vətəndaşı saxlanılıb.
İddiaya görə, 38 yaşlı Həsən Alluş ailəsi ilə yaşadığı problemə görə suriyalı İbrahim A-nın evinə gedib.
İbrahim A-nın “cin çıxarmaq” bəhanəsi ilə etdiyi müdaxilədən sonr H.Alluşun nəfəs darlığı yaşamağa və vəziyyəti ağırlaşmağa başlayıb. Hadisə yerinə təcili tibbi yardım çağrılıb. Səhiyyə əməkdaşlarının ilkin müdaxiləsindən sonra H.Alluş xəstəxanaya aparılıb. Xəstəxanadakı müdaxiləyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı İbrahim A. və Alluşun ailəsindən 5 nəfər də saxlanılıb. Saxlanılanlar içərisində 15 yaşlı H.A da var.
Nilay