DÜNYA

DÇ-2022-nin açılış mərasiminə qatılan məşhur aktyor TƏNQİD EDİLDİ (FOTO)

Futbol üzrə Dünya Çempionatı-2022-nin Qətərdə keçirilən açılış mərasiminə qatılan məşhur amerikalı aktyor Morqan Friman tənqid edilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o, açılış mərasimində Dünya Kubokunun səfiri Qanim Əl-Muftahla birlikdə səhnəyə çıxıb.

Qətərin FİFA-ya pul verərək dünya çempionatını təşkil etmək hüququ qazandığını müdafiə edən futbolsevərlər məşhur aktyorun turnirdə çıxışını sərt şəkildə tənqid ediblər.

Sosial şəbəkə istifadəçilərindən birinin paylaşımı xüsusi diqqət çəkib.

“Morgan Freeman-ı qara pul, rüşvət və “qul işçiləri” üzərində qurulan Dünya Kubokunun açılış mərasimində görmək həyatın ən böyük tələsi və tarixin ən kədərli zarafatlarından biridir”.

Nurlan Şiraliyev

Dünya Kupası'nın açılış törenine damga vuran kare! Ünlü oyuncuya tepkiler çığ gibi

Oxşar Xəbərlər