DÜNYA

Sabiq vitse-prezidentin ticarət mərkəzində yıxılaraq ölən nəvəsi ilə bağlı İDDİA - İntihar edib? (FOTO/VİDEO)

"Qalatasaray"ın sabiq vitse-prezidenti Abdurrahim Albayrakın nəvəsi, 15 yaşlı Batuhan Bostancı dünən İstanbulun Şişli şəhərindəki ticarət mərkəzinin yeməkxanasında eyvandan yıxılaraq ağır yaralanıb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, edilən bütün müdaxilələrə baxmayaraq 15 yaşlı oğlan həyatını itirib.

Digər tərəfdən, Albayrakın mərhum nəvəsinin ticarət mərkəzinin 4-cü mərtəbəsindən tullanaraq intihar etdiyi iddia edilib.

Nəvəsini itirən Albayrak sosial şəbəkədə paylaşım edərək, "Nəvəm, gözbəbəyim, Batuhanım bu gün Allahın rəhmətinə qovuşdu... Kədərimi sözlə ifadə etmək mümkün deyil. Allah günahsız övladımı cənnətdə qəbul eləsin. Nə deyəcəyimi, necə dözəcəyimi bilmirəm..” ifadələrini işlədib.

Nurlan Şiraliyev

Düştü mü atladı mı? Abdurrahim Albayrak'ın torununun ölümüyle ilgili korkunç iddia

Oxşar Xəbərlər