DÜNYA

Ərdoğanın bu FOTOSU Yunanıstanı HƏRƏKƏTƏ KEÇİRDİ

Türkiyə prezidenti Ərdoğanın misirli həmkarı Sisi ilə Qətərdəki görüş zamanı çəkilən fotosu Yunanıstanda gündəmə çevrilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, son illərdə Misirlə müttəfiqliyini gücləndirən Yunanıstan, bu fotodan sonra hərəkətə keçib.

Sisi'yle tokalaşan Erdoğan'dan Mısır açıklaması: Yeniden niye başlamasın? -  BBC News Türkçe

Belə ki, Yunanıstan XİN bu gün üç yüksək səviyyəli şəxsin Misirə gedəcəyini və Qahirədə danışıqlar aparacağını açıqlayıb.

Verilən açıqlamada Yunanıstanın xarici işlər naziri Nikos Dendias, müdafiə naziri Nikolaos Panaqiotopoulos və xarici əlaqələr naziri Miltiadis Varvitsiotisin həmkarları ilə görüşmək üçün Misirə gedəcəkləri bildirilib.

Eyni zamanda tərəflər arasında bir sıra müqavilələrin imzalanacağı bildirilib. O cümlədən Müdafiə nazirinin misirli həmkarı Məhəmməd Əhməd Zeki ilə müqavilə imzalayacağı açıqlanıb. Yunanıstanın ən çox oxunan qəzetlərindən olan Ta Nea isə bu razılaşmanın Türkiyənin Mavi Vətən doktrinasına zidd olduğunu yazıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər