DÜNYA
Ərdoğanın "İcazə ilə işləmirik" sözlərinə Putinin nümayəndəsindən REAKSİYA
Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyənin Suriyada keçirdiyi "Pəncə-Qılınc" əməliyyatı ilə bağlı açıqlama verib.
32gun.az RİA-ya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) başlatdığı hava əməliyyatı ilə bağlı onlara əvvəlcədən məlumat verilmədiyini bildirən Lavrentyev Türkiyəni həddindən artıq hərbi güc tətbiq etməkdən çəkinməyə və təmkinli olmağa çağırıb.

Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğan mətbuata verdiyi açıqlamada, "Hörmətli Bayden və ya Putinlə bu əməliyyatla bağlı heç bir danışıqlarımız olmayıb. İcazə ilə işləmirik. Əgər addım atacağıqsa, buna biz qərar veririk və bu addımı da atırıq" - ifadələrini söyləmişdi.
Nurlan Şiraliyev