DÜNYA

Qəbiristanlıqda OĞURLUQ - 10 min dollarlıq qızıl saat və qalstuk sancağı... (FOTOLAR)

Polşanın Lodz şəhərində qəbiristanlıqda oğurluq hadisəsi baş verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən aylarda həyatını itirən şəxs ailəsinin istəyi ilə 40 min zloti dəyərində brilyant işləməli qızıl saat və 7 min zloti dəyərində brilyant işləməli qızıl qalstuk sancağı ilə dəfn edilib.

Belə ki, oğrular məzarı açaraq oradan 47 min zloti (təxminən 10 min dollar) dəyərində saat və qalstuk sancağını oğurlayıblar.

Sözügedən qiymətli əşyaların oğurlandığını bilən ailə polisə müraciət edib. Ailə oğrunun tapılmasında yardım edən şəxsə 30 min (təxminən 6 min 400 avro) zloti mükafat verəcəyini açıqlayıb.

Qeyd edək ki, Polşa qanunlarına görə, qəbir oğruları 6 aydan 8 ilə qədər həbs cəzası ilə mühakimə olunur.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər