DÜNYA
Zaxarova 90-cı illərdə görün hansı işlə məşğul olubmuş
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova 1990-cı illərdə Moskvada çinli turistlər üçün bələdçi işlədiyini bildirib.
32gun.az “RİA Novosti”yə istinadən xəbər verir ki, MDBMİ-də oxuduqdan sonra Zaxarova çin dilində danışıb və buna görə də bir müddət bələdçi olmaq qərarına gəlib.
Onun sözlərinə görə, 90-cı illər hər kəs üçün maddi cəhətdən çətin idi, bir çoxları part-time iş axtarmalı olurdular.
"Biz əlavə pul qazanmalı idik ... hətta işə gələndə - yemək, içmək və hətta işə gəlmək üçün pul qazanmalı idik" - deyə, o, sözlərinə davam edib.
Nurlan Şiraliyev