DÜNYA
Suriyadan Türkiyəyə daha 3 raket atıldı
YPG/PKK terrorçularının Suriyanın şimalından atdığı 3 raket Kilisdəki Öncüpınar Sərhəd Qapısı ərazisinə düşüb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriyanın şimalındakı terror təşkilatı YPG/PKK üzvlərinin atdığı raketlər Kilisdəki Öncüpınar Sərhəd Qapısı bölgəsindəki boş əraziyə düşüb.
Xoşbəxtlikdən hücum nəticəsində ölən və yaralananlar olmayıb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, dünən PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərinə 5 raket atıb. Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb.
Bazar günü də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.
Nilay