DÜNYA

Ərdoğanın quru əməliyyatı mesajından sonra Türkiyə XİN-dən diqqət çəkən PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya və İraqın şimalında terrorçulara qarşı “Pəncə-Qılınc” hava əməliyyatı keçirib.

Bu əməliyyatdan sonra  Artvindəki açılış zamanı açıqlamalar verən Türkiyə prezidenti əməliyyatların qurudan davam etdirilə biləcəyi ilə bağlı mesaj verib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın bu açıqlamalarının ardından Türkiyə Xarici İşlər Nazirliyinin "Twitter" hesabındakı paylaşım diqqət çəkib.

Cumhurbaşkanı Erdoğan kara harekatı mesajı sonrası, Dışişleri Bakanlığı'ndan dikkat çeken paylaşım

Paylaşımda “Bufer zona” və onun tərifi ilə bağlı ifadələr yer alıb:

“Müxtəlif səbəblərə görə, xüsusən də münaqişə ehtimalı olan regionlar arasında yerləşən tərəfli və ya neytral zona”.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər