DÜNYA

Evlənmək istədiyi qadın barədə araşdırma apardı: Öyrəndiklərindən ŞOKA düşdü

Belçikadan Kayseriyə gələrək burada yaşamağa başlayan 41 yaşlı Mükremin Tercan 2 il əvvəl yolda gördüyü və bəyəndiyi EB ilə tanış olub. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu tanışlıq sevgi münasibətinə çevrilib. Bundan sonra onun həyatı alt-üst olub. M.Tezcanın iddiasına görə, E.B-nin bir-birinə zidd danışıqları onda şübhə yaradıb və araşdırmağa başlayıb. Məlum olub ki, ona qardaşı qızı kimi tanış etdiyi uşaq onun öz övladıdır. Həmçinin sevgilisinin müalicə aldığını iddia etdiyi atasının da 6 il əvvəl dünyasını dəyişdiyini öyrənib.:

"2020-ci ildə bazarda gəzərkən bir xanımla tanış olduq. Bir-birimizə telefon nömrələrimizi verdik.Sonra görüşdük və onu ailəmlə tanış etdim. Onun səmimi olduğuna inanırdım, güvənirdim.

O, məni öz bacısı və qardaşı qızı kimi təqdim etdiyi öz qızı ilə də tanış etdi. Mənə heç vaxt ailə qurmadığını, xəstəliyi ilə bağlı uşaq sahibi ola bilmədiyini söylədi. Həmişə həm psixoloji, həm də maddi cəhətdən hər şeyi qəbul edirdim, inanırdım və dəstəklədim.

İndi 41 yaşım var və heç vaxt evlənməmişəm. Mən onu sevirdim, ona inanırdım və tanışlığımız davam etdi. Daha sonra vəziyyətinin pis olduğunu və əməliyyat olunmaq istədiyini bildirib. Ona görə də razılaşdım və xərcləri qarşılaya biləcəyimi söylədim.

Onunla evlənmək istədim. E.B də müsbət düşündüyünü və uyğun bir vaxtda bizi evinə dəvət edəcəyini söylədi. Bütün kredit kartı borclarını ödəməyimi istədi, qəbul etdim. Bu mənim həyat yoldaşım olacaq, niyə onun yükərini üstlənməyim deyə düşündüm.  Əməliyyat xərclərini qarşıladım. Həmçinin bitmək bilməyən maddi istəklərinin hamısını ödədim". 

Tercan bildirib ki, atasının əməliyyat pulu və müxtəlif ehtiyaclar bəhanəsi ilə onu aldadadaraq pul alıb. Söhbət etmək üçün görüşdükləri zaman telefonunu, pulunu və qızıllarını oğurlayaraq avtomobilindən qaçıb:

"Yalanları üzə çıxandan sonra ondan niyə belə etdiyini soruşdum. Yalanları üzə çıxandan sonra onun barəsində şikayət verdim. İki gündən sonra mənə zəng vurub dedi ki, gəl, düzgün danışıb anlaşaq.  Barəmdə  məhkəmədən uzaqlaşdırma qərarı aldığını bildirdi".

Nilay

Yolda gördüğü kadın hayatını zindana çevirdi

Oxşar Xəbərlər