DÜNYA

ABŞ və Rusiyaya ÇAĞIRIŞ: Türkiyəni dayandırın

PKK/YPG terror təşkilatının liderlərindən olan “Mazlum Kobani” kod adlı Ferhat Abdi Şahin Türkiyənin quru əməliyyatının ciddiyə alınmalı olduğunu bəyan edərək, ABŞ və Rusiyanın Ankaranı dayandırmasını tələb edib.

32gun.az xəbər verir ki, o, bu barədə “Al Monitor” qəzetinin jurnalisti Amberin Zamanın suallarını cavablayarkən söyləyib.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Rusiya və ABŞ-ın icazəsi olmadan quru əməliyyatı keçirməsini gözləmədiyini ifadə edən terrorçu, "Rusiya Türkiyənin quru əməliyyatına qarşıdır, lakin bu kifayət deyil. Ayn əl Ərəb (Kobani), Mənbic, Türkiyənin hədəf aldığı bütün bölgələr Rusiyanın nəzarəti altındadır. ABŞ-ın da Suriya ilə bağlı daha dəqiq siyasət qurması lazımdır. İŞID qarşı mübarizə aparmaqdan başqa bir strategiyaları yoxdur və onlar bizim nəzarətimizdə olan ərazilərin gələcəyi ilə bağlı dəqiq siyasət formalaşdıra bilməyiblər" - deyə, bildirib.

Terör örgütü elebaşı Mazlum Kobani'den ABD ve Rusya'ya çağrı: Türkiye'yi durdurun

Həmçinin, o, Türkiyənin mümkün quru əməliyyatı ilə bağlı suala, "Son vaxtlar Mənbicdən danışırlar, lakin biz onların əsas hədəfinin Kobani olduğuna inanırıq. Kobani bizim üçün son dərəcə simvolikdir" - deyə, cavab verib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər