DÜNYA
ABŞ-dan Türkiyənin Suriyadakı hava əməliyyatına SƏRT REAKSİYA
ABŞ Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya və İraqın şimalında həyata keçirdiyi hava əməliyyatı ilə bağlı yeni açıqlama yayıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Hərbi Hava Qüvvələrinin komandanı Pat Ryder bildirib.
Açıqlamada, Türkiyənin Suriyadakı əməliyyatının ABŞ hərbçilərinin təhlükəsizliyini təhdid etdiyi və İŞID-a qarşı illərdir davam edən müharibədə gərginliyi artırdığı qeyd edilib.
"Müdafiə Nazirliyi Suriyanın şimalında, İraqda və Türkiyədə artan hərəkətlərdən dərin narahatdır".
Nurlan Şiraliyev