DÜNYA
Boris Consona fəxri ad VERİLDİ
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona Kiyevin fəxri vətəndaşı adı verilib.
32gun.az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko öz Telegram kanalında bildirib.
"Kiyev Şəhər Şurası Ukraynanın böyük dostu Boris Consona Kiyevin fəxri vətəndaşı adının verilməsi haqqında qərarı təsdiqləyib” - deyə, Kliçko yazıb.
Mer Britaniya siyasətçisinə ölkəyə verdiyi dəstəyə görə təşəkkür edib və mükafatı təqdim etmək üçün onu şəxsi səfərdə gözlədiyini qeyd edib.
Nurlan Şiraliyev