Karqo şirkətinin 60 yaşlı əməkdaşı qadına təcavüz etməyə çalışdı - Görüntülər təhlükəsizlik kamerasına düşdü (VİDEO)
İngiltərədə dəhşətli hadisə baş verib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qadın internetdən aldığı məhsullar evinə çatdıran şəxsin onun dodaqlarından öpməyə çalışdığını iddia edib.
Qadın hadisə ilə bağlı yaxınlıqdakı polis bölməsinə gedərək şikayətçi olduğunu dilə gətirib:
Qapıya bərkidilmiş təhlükəsizlik kamerasına yansıyan görüntüləri daha sonra sosial şəbəkədə paylaşan gənc qadın 60 yaşlı kuryerin cəzalandırılmasını tələb edib.
Məhsulları çatdırandan sonra 60 yaşlı kuryer qayıdıb dedi ki, "lütfən, incimə, amma neşə yaşın var" Daha sonra əyilib məni öpmək istəyəndə arxamı döndüm.
Karqo şirkətinin təslimatçısının dodaqlarımdan öpməyə çalışması çılğınlıqdır. Kiminsə bunu etməsi qəbuledilməzdir. Düşünürəm ki, o, mənim əcnəbi və latın amerikalı olduğumu anladı və bu hadisədən çox asanlıqla yaxa qurtula biləcəyini zənn etdi".
Hadisə ilə bağlı araşdırma başlanıb.
Nilay