DÜNYA
Putin neftin qiyməti ilə bağlı DANIŞDI
Rusiya prezidenti Vladimir Putinlə İraqın baş naziri Məhəmməd Sudani arasında telefon danışığı olub.
32gun.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin baş naziri vəzifəyə başlaması münasibətilə təbrik edib.
Daha sonra tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafı və Qərbin neftin qiymətinə məhdudiyyətlər tətbiq etmək cəhdlərini müzakirə ediblər. Vladimir Putin bu cür hərəkətlərin bazar münasibətləri prinsiplərinə zidd olduğunu və qlobal enerji bazarı üçün ciddi nəticələrə gətirib çıxarma ehtimalının yüksək olduğunu vurğulayıb.
Nurlan Şiraliyev