DÜNYA
Misirdən Türkiyənin keçirdiyi əməliyyatlara sərt REAKSİYA
Misir Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya və İraqın şimalında həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlama yayıb.
32gun.az xəbər verir ki, Misir XİN Türkiyəni Suriya və İraqa qarşı əməliyyatları dərhal dayandırmağa çağırıb.
"Əməliyyatlar qardaş ərəb ölkələrinin İraq və Suriyanın suverenliyinin pozulmasıdır" - açıqlamada qeyd edilib.
Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğanla misirli həmkarı Sisinin Dohada əl sıxışan görüntüləri gündəmə çevrilmişdi.
Nurlan Şiraliyev