DÜNYA
İstiqlal küçəsindəki terrordan sonra bunlara İCAZƏ VERİLMƏYƏCƏK - SİYAHI
6 nəfərin həyatını itirdiyi terror aktından sonra İstanbul valisi Ali Yerlikaya İstiqlal küçəsində təhlükəsizliyin, əmin-amanlığın və asayişin qorunması ilə bağlı “Ümumi Sərəncam” verib.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sərəncama əsasən,
Küçədəki müəssisələr tərəfindən istənilən məqsədlə küçəyə stol, stul, lövhə, səyyar lövhə və s. yerləşdirmək,
Stend qurulması,
Sərgi açılması,
Səyyar satışların aparılması və satış piştaxtasının yerləşdirilməsi,
Sosial, mədəni və ya kommersiya tədbirlərinin təşkili,
Kollektiv və ya fərdi küçə musiqisi və müxtəlif şoular,
Və buna bənzər şeylərə qətiyyən icazə verilməyəcək.
Nurlan Şiraliyev