DÜNYA

Suriyadakı əməliyyatlarda ABŞ-ın müşahidə məntəqəsi vurulub? - Hulusi Akardan AÇIQLAMA

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Suriyadakı terror hədəflərinə qarşı hava əməliyyatı zamanı ABŞ-ın müşahidə məntəqəsinin vurulması ilə bağlı iddiaya cavab verib.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyəli nazir açıqlamasında, "Koalisiya qüvvələrinə və mülki şəxslərə zərər verməkdən söhbət gedə bilməz" - deyə, bildirib.

"Bizim tək bir hədəfimiz var, o da terrorçulardır. Ən mühüm prinsipimiz terrorçunun harada olmasından asılı olmayaraq, mülki insanlara və ətraf mühitə zərər verməməkdir”.

Digər tərəfdən, Hulusi Akar Pəncə-Qılınc əməliyyatı ilə bağlı son vəziyyətdən danışıb:

“Terrora son qoymaq, ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, etmişik və etməyə də davam edəcəyik".

Nurlan Şiraliyev

Oxşar Xəbərlər