DÜNYA

Putin hərbi qeydiyyatla bağlı TAPŞIRIQ VERDİ

Rusiya prezident Vladimir Putin tapşırıq verib.

32gun.az TASS-a istinadən xəbər verir ki, tapşırıqda, 2024-cü ilin aprel ayına qədər hərbi qeydiyyat sənədlərinin yenilənməsi üçün dövlət informasiya resursunun formalaşdırılması göstərilib.

Təlimat Müdafiə Nazirliyinin iştirakı ilə Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyinə və Federal Vergi Xidmətinə ünvanlanıb.

“2024-cü il aprelin 1-dək hərbi qeydiyyat sənədlərinin yenilənməsi üçün zəruri olan vətəndaşlar haqqında məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatının formalaşdırılması təmin edilsin” - deyə, qeyd olunub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər