Özünü həkim kimi göstərib bir il dövlət xəstəxanasında çalışdı - İş yoldaşları yalanını üzə çıxardı (VİDEO)
Təxminən bir ildir Tekirdağ Çerkezköy Dövlət Xəstəxanasındakimi çalışan A həkiım kimi çalışan Ayşe Özkirazun yalanı üzə çıxıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xəstəxanaya ilk gəldiyi gün həmkarlarına sentyabr ayında keçirilən "Tib Uzmanlıq SInavı"nda (TUS) 81 bal topladığını və uşaq həkimi olduğunu deyib.
Uşaq həkimi kimi möhürlü sənədlər hazırlatdıran Özkirazın vəziyyətindən şübhələnən xəstəxananın digər həkimləri ona tibblə bağlı müxtəlif suallar veriblər.
Daha sona vəziyyətlə bağlı polisə iş yoldaşları şikayət edib. Əməliyyat keçirən polis Ayşe Özkırazın evində axtarış edən zaman çoxsayda saxta diplomlar tapıblar. Həmçinin saxta həkim öz sosial şəbəkə hesabında iştirak etdiyi əməliyyatların da fotosunu paylaşıb.
Ayşe Özkiraz əməliyyatlardan sonra həbs olunub və onun evindəki 3 torba dolusu diplom və sənədlər prokurorluğa təhvil verib.
Bildirilir ki, sözügedən şəxs orta məktəb məzunudur. O öz ailə üzvlərini də ibb Universitetində oxuduğunu deyib. Həmin dövrlərdə isə müxtəlif işlərlə məşğul olub. Ötən il isə Çerkezköyə qayıdıb və həkim kimi çalışmağa başlayıb.
Nilay