DÜNYA

Avtobusda DƏHŞƏT: Sürücü kollec tələbəsinə təcavüz etdi

Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərində dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mikroavtobus sürücüsü olan şübhəli H.Ö. 16 yaşından kiçik qıza təcavüz etmə səbəbi ilə həbs edilərək məhkəmə qarşısına çıxarılıb.

Məhkəmədə and içərək ifadə verən polis məmuru Ali Aydoğanlı faktları açıqlayıb. 

Polis saxlanılan şəxs barəsində qeyd edib ki, o 16 yaşına çatmamış qıza qarşı cinsi istismar və  seksual zorakılıq, yetkinlik yaşına çatmayan qızı qaçırtmaqda ittiham edilir. 

"Şübhəli şəxs Halasultan İlahiyyat Kollecinin tələbələrini Lefkedən gətirdikdən sonra saat 07.40 radələrində avtobus dayanacağında olarkən dayanacaqda sözügedən təhsil ocağının tələbəsini görüb və ona “Mən kafeyə gedirəm, səni də aparım?” deyib. Onu kafeyə aparmaq bəhanəsi ilə aldadaraq icazəsiz qaçırıb. 

Yolda məktəbliyə “səni gəzdirə bilərəm” deyib,  onun əlindən tutub, saçlarını sığallayaraq, "Gözəl saçların var" söyləyib və məktəbliyə cinsi qısnama, təcavüz və seksual istismar edib. Bununla da sürücü 16 yaşına çatmamış uşağın cinsi toxunulmazlığı qanunu pozub".

Həmçinin məhkəmə qarşısında çıxış edən polis zabiti şübhəlinin Lefkoşa Rayon Məhkəməsindən alınan qərarla eyni gündə həbs edildiyini bildirib. 

Nilay

Otobüs şoföründen çocuğa cinsel saldırı

Oxşar Xəbərlər