DÜNYA

ABŞ-ın terrorçulara verdiyi qutularda görün nələr var imiş - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında həyata keçirdiyi hava əməliyyatı davam edərkən, ABŞ tərəfindən atılan addım qalmaqala səbəb olub.

32gun.az yerli mətbuata istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) terror təşkilatları PKK/PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə yardımlarını sosial mediada paylaşıb.

Türkiye'nin gece harekatıyla vurduğu teröristlere ABD'den yardım paketi! Fotoğrafı da paylaştılar

"Missiyamız çərçivəsində Suriyadakı QSD tərəfdaşlarımıza 20 vahid qan və plazma verildi" - deyə, qeyd olunan paylaşımda ABŞ-ın dəstəyinin davam edəcəyi vurğulanıb və “Bölgədə sabitliyin bərpası üçün birgə səyləri davam etdirmək əzmindəyik” - ifadələri işlədilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər