DÜNYA

2 yaşlı qızını döyərək soyuq balkona atdı - Videosunu çəkib ərini hədələdi (FOTOLAR)

Rusiyada Yevgeniya Artyuxina adlı ana iki yaşlı qızını döyərək şaxtalı soyuqda balkonda qoyub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, körpə soyuqdan donarkən qadın onun videosunu çəkərək həyat yoldaşına göndərib.Qadının pul almaq üçün belə bir şey etdiyi iddia edilib.

Onun lentə aldığı görüntülərdə, “Heyvan çox yaşamayacaq, soyuqdan donub öləcək” dediyi eşidilir.

Böyle vicdansızlık görülmedi! 2 yaşındaki kızını dövüp buz gibi balkona attı, yetmedi o anları babaya gönderdi

Hadisə ilə bağlı məlumat alan polis hadisə yerinə gələrək qadını həbs edib.  Aparılan araşdırmalardan sonra bəlli olub ki, bundan əvvəl də belə bir hadisə yaşanıb. Qadın həyat yoldaşının pul verməyəcəyi təqdirdə azyaşlı qızı öldürəcəyini bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər