DÜNYA

Özəl xəstəxanada BİABIRÇILIQ! Qanlar içində qalan azyaşlının ailəsinə “aparın dövlətə” deyərək ... (VİDEO)

İstanbul Sultanbəylidə xidmət göstərən özəl Ersoy Xəstəxanasında biabırçı hadisə baş verib

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, evdə yıxılaraq qanlar içində qalan 3 yaşlı uşağı qeydiyyat mərkəzində  “Bizdə tomoqrafiya aparatı  yoxdur. Get dövlətə” deyərək heç bir müdaxilə etmədən geri qaytarıb.

Faktla bağlı araşdırma başlanılıb, araşdırma Səhiyyə Nazirliyinə verilib.

Hadisənin sabahı xəstəxana müdiri ilə əlaqə saxladığını deyən azyaşlınına atası O.K bu sözləri deyib:

 "Müdirdən soruşdum ki, onların xəstəxanasında tomoqrafiya aparatı varmı. Xəstəxana müdiri mənə "tomoqrafiya aparatımız var” cavabını verdi. 3 yaşlı bir qızın həyatı bu qədər ucuz ola bilərmi?.

Özəl xəstəxana ilə məni göndərdikləri dövlət xəstəxanası arasında 30-40 dəqiqə məsafə var. Şəxsi maşınım olmasaydı, necə olardı? Həmin gecə xəstəxanamızdan "get" dedilər.
Hadisədən sonra Səhiyyə Nazirliyinin rəsmiləri ilə əlaqə saxladım. Onlar lazımi araşdırmaya başlayacaqlarını bildiriblər. Mövzu ilə bağlı apardığım araşdırmalar nəticəsində özəl xəstəxanalar haqqında Əsasnamənin 39-cu maddəsində xüsusi xəstəxanaların təcili yardım şöbəsində günün bütün saatlarında həkimin olmasının məcburi olduğu vurğulanır.

Həmin axşam qızımı hansı səbəbdən “get dövlətə” deyib xəstəxanadan göndərdilər? Prezidentimizin, səhiyyə nazirinin uşaqlarla bağlı həssaslığını bilirəm. 3 yaşlı qızın həyatına göz yuman bu xəstəxanaya lazımı cəzanən veriləcəyinə ümi edirəm". 

Nilay

Oxşar Xəbərlər