DÜNYA
Putin Tokayev vasitəsilə Makrona mesaj göndərib?
"Putin Qazaxıstan rəhbəri Qasım-Jomart Tokayev vasitəsilə Fransa lideri Emmanuel Makrona heç bir mesaj göndərməyib".
32gun.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. Buna səbəb, Tokayevin Moskvaya son səfərindən sonra Parisə getməsi olub.
Qeyd edək ki, Tokayevlə Makron arasındakı görüş bu gün baş tutacaq.
Xatırladaq ki, Noyabrın 28-də Putin və Tokayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıblar.
Nurlan Şiraliyev