Bəşər Əsəd Ərdoğanla mümkün olan görüşdən DANIŞDI
"Türkiyə Suriyanın tələblərini yerinə yetirməyə hazır olduğunu göstərdi. Suriya Türkiyədən söz yox, hərəkət gözləyir".
32gun.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd verdiyi açıqlamada bildirib.
Bəşər Əsəd Türkiyə ilə “kəşfiyyat səviyyəsində” görüşlər keçirildiyini, lakin ikitərəfli danışıqların səviyyəsinin “tezliklə artırılacağını” bildirib.
ABŞ qanadı ilə heç bir əlaqəsi olmadıqlarını vurğulayan Əsəd, "Amerikalıların işğal etdikləri Suriya ərazisini tərk etmələri üçün ictimai təzyiqin artacağına inanırıq" - deyə, sözlərinə davam edib. Həmçinin o, Rusiyadan çox kömək aldıqlarını da dilə gətirib.
Xatırladaq ki, DÇ-nın açılışı üçün Qətərə səfər edən prezident Ərdoğana, "Əsədlə də görüş olacaqmı?" sualı ünvanlanmışdı. Türkiyə lideri isə cavabında "Siyasətdə küskünlük olmaz, sonda uyğun şərtlər daxilində addımlar atacağıq” - deyə, bildirmişdi.
Nurlan Şiraliyev