DÜNYA
Qorxuya düşən terrorçuların lideri ABŞ-dan kömək İSTƏDİ
Türkiyənin Suriyaya qarşı quru əməliyyatı siqnalı PKK/YPG terror təşkilatında böyük qorxu yaradıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, terrorçuların lideri Mazlum Abdi, "Türk ordusunun sərhəddəki fəaliyyətindən sonra Suriyada yeni əməliyyata dair açıqlamaları ciddi qəbul edirik. ABŞ-ın zəmanətinə baxmayaraq, Türkiyənin quru əməliyyatı keçirməsi ehtimalından hələ də narahatıq" - deyə, bildirib.

PKK/PYD/YPG terror təşkilatlarının yaratdığı Suriya Demokratik Qüvvələrinin lideri ABŞ-a qalmaqallı çağırış edərək, “Türkiyəyə qarşı daha sərt olun” - ifadələrini işlədib.
Nurlan Şiraliyev