DÜNYA
Tükiyənin əməliyyatlarına görə ABŞ görün nə etdi
Pentaqon Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı davam etdirdiyi əməliyyatlara görə ABŞ əsgərlərinin bölgədəki patrullarını azaldıb.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü general Patrik Rayder bildirib.
Türkiyə Silahlı Qüvvələrinin Suriyada mümkün quru əməliyyatından narahatlığını bildirən Rayder Türkiyə ilə yaxın təmasda olduqlarını dilə gətirib.
Bundan əlavə, general ABŞ-ın Suriyadakı hərbçilərinin bölgədən geri çəkilmədiyini qeyd edib.
Nurlan Şiraliyev