DÜNYA

"Sən sələmçisən" deyə qışqırıb, sonra bıçaqlayıb qaçdı - VİDEO

Adanada gecə saatlarında bir gənc əvvəllər birlikdə işlədiyi şəxsin evinin önünə gedərək "Sən sələmçisən" deyə qışqırmağa başlayıb. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  qışqırdığı şəxs isə eyvana çıxaraq ona “sənə mən çörək verdim” deyib.  Daha sonra ev sahibi aşağı düşərək gənclə mübahisə etməyə başlayıb.

Bildirilir ki, Gənc "gəlmə, səni bıçaqla deşərəm, get işinlə məşğul ol" desə də d həmin şəxs dəmir dəyənəklə onu vurmağa başlayıb.

Gənc əlini bıçağa atıb və onu yaralayıb. Hadisəni törədən şəxs olay yerindən qaçaraq yoxa çıxıb.  

Həmin anlar məhələdə yaşayanlardan biri tərəfindən anbaan mobil telefon kamerası ilə lentə alınıb.

Nilay

Oxşar Xəbərlər