DÜNYA
Orta məktəbdə DƏHŞƏT: 12 yaşlı qız sinif yoldaşını tualetdə bıçaqlayaraq öldürdü
Mersin vilayətində dəhşəti hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hüseyn Okan Merzeci Orta məktəbində 12 yaşlı qız şagird sinif yoldaşını tualetdə çoxsaylı bıçaq zərbələri endirərək öldürüb.
Hadisə ilə bağlı mlumatda bildirilir ki, E.D adlı qız onunla eyni sinifdə oxuyan Fatmanisə Yürekli kiçik bir məktub yazaraq məktəbin tualetinə çağırıb. E.D əvvəlcə sinif yoldaşını tualetdə şlanqla döyüb, daha sonra evdən gətirdiyi bıçaqla onun boğaz və qarnına ağır xəsarətlər yetirib.
Yaxalanaraq polis bölməsinə aparılan E.D imtahandan pis qiymət aldığı üçün sinif yoldaşının ona lağ etdiyini və bu səbəbdən hadisəni törətdiyini bildirib.
Nilay