DÜNYA

14 yaşlı məktəbli voleybol yarışı zamanı ÖLDÜ

Moskvada 14 yaşlı məktəbli oğlan voleybol yarışı zamanı ölüb.

32gun.az REN TV-yə istinadən xəbər verir ki, hadisə Krasnodarda 4 saylı liseydə baş verib.

Məktəb mühafizəçisinin sözlərinə görə, yeniyetmə qəflətən huşunu itirib, onda qıcolmalar başlayıb. Azyaşlı oğlana ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım çağırılıb.

Məktəbli edilən bütün müdaxilələrə rəğmən xəstəxanada həyatını itirib. 

Ölüm səbəbi kimi ürək çatışmazlığı və beyin ödemi göstərilib.

Qeyd edək ki, o, 4 saylı liseyin 8-ci sinfində təhsil alıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər