DÜNYA

Usta kimi getdiyi evin qızı ilə sevgili oldu - Qaynatası ilə qaynı döyüb pul və zinət əşylarını oğurladı (FOTO)

Adanada peyk antenalarının təmiri ilə məşğul olan Musa Şahbudakın mobil telefonuna gələn zəngdən sonra həyatı alt-üst olub. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mavi bulvarda adlı ərazidən ustaya zəng gəlib və evin peyk anetnasının təmiri istənilib. O həmin ünvana yollanaraq tələb olunana təmir işlərini görüb.

Bir müddət sonra yenidən həmin evə çağırılan şəxsə peykin yenidən xarab olması və təmir olunması ilə bağlı müraciət edilib. O yenidən həmin evə gedərək antenanı təmir edib. 

Elə həmin vaxtlarda o həmin mənzildə yaşayan İlkay K.  adlı qızla sevgili olmağa başlayıb. Çox keməyib ki, Şahbudak adıçkilən qızla həmin evdə qalmağa birlikdə başlayıb. 

Ustanın bildirdiyinə görə, sevgilisi ilə görüşdükləri ilk dövrlərdə onun ailəsi ilə heç bir problemi olmayıb. Ancaq Şahbudaq sonradan ondan daim maddi qazanc gözlədiklərini anlayıb.

Musa Şahbudak sevgilisinin atası və qardaşı tərəfindən qaçırıldığını və döyüldüyün iddia edib:

"Məni bir evə aparıb döydülər. Maşınımı qaçırdılar. Onlar avtomobildən 9 min lirə pul, mobil telefon, elektronika, iki qızıl bilərzik və bütün qiymətli əşyaları götürüblər. Sonra mənim maşınımla getdilər. Onları aparandan sonra məni buraxdılar. Sonra məni maşınımla qəza törədib qaytardılar". 

Daha sonra sevgilisinin atası və qardaşının onu təhdid edərək evinə basqın etdiyini iddia edən Şahbudak, "Ona görə də qonşular narahat olduğu üçün evdə qala bilmədim və qorxdum. İndi işdə yatıram. Əvvəllər düşünmürdüm ki, sevgilimin bu işdə əli olsun, Amma indi əksinə fikirləşirəm ki, elə ən başdan p da bu işdə olub. Onların ailəsi ilə bağlı şikayət edəcəm" deyə bildirib. 

Nilay

Oxşar Xəbərlər