DÜNYA
Torpaq sürüşməsi fəlakətə səbəb oldu: onlarla şəxs itkin düşdü (FOTO)
Braziliyanın Parana əyalətində BR 367 nömrəli avtomobil yolunda torpaq sürüşməsi baş verib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 20-yə yaxın minik və yük maşını dərəyə yuvarlanıb.
Fövqəladə hallar rəsmisi Manoel Vasko verdiyi açıqlamada itkin düşənlərin sayının 30-50 arasında olduğunu bildirib.
Axtarış-xilasetmə əməkdaşları əlverişsiz hava şəraitinin işi çətinləşdirdiyini bildiriblər.
Axtarışlarda sağ qalanları aşkar etmək üçün istilik detektorlu dronlardan istifadə edildiyi qeyd edilib.
Nurlan Şiraliyev