DÜNYA

Sinif yoldaşını qətlə yetirən 12 yaşlı qız həbs edildi (FOTO)

Məktəbdə sinif yoldaşını qətlə yetirən 12 yaşlı qızın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəməyə sövq edilən məktəbli qızın həbs edilərək islah müəssisəsinə göndərilməsi qərara alınıb.

Xatırladaq ki, E.D adlı qız onunla eyni sinifdə oxuyan Fatmanisə Yürekliyə kiçik bir məktub yazaraq onu məktəbin tualetinə çağırıb. E.D əvvəlcə sinif yoldaşını tualetdə şlanqla döyüb, daha sonra evdən gətirdiyi bıçaqla onu qətlə yetirib.

Nurlan Şiraliyev

Mersin'de sınıf arkadaşını öldüren 12 yaşındaki öğrenci tutuklandı

Oxşar Xəbərlər