DÜNYA

Rusiyaya qarşı Turan batalyonu toplandı (VİDEO)

Türk dövlətlərindən olan bir qrup şəxslərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynada batalyon təşkil edib. 

32gun.az BBC Türk-ə istinadən xəbər verir ki, Qırğızıstan vətəndaşı Almaz Kudabekoğlu Rusiyaya qarşı döyüşmək üçün Turan Batalyonu adlı birlik qurduqlarını açıqlayıb.

Kudabekoğlu Rusiya prezidenti Vladimir Putinin “türk xalqlarına qarşı soyqırım” etdiyini, Çeçenistan lideri Ramzan Kadırovun isə cihad elan etdiyini deyib. Onun bu barədə sosial şəbəkədə videosu paylaşılıb. 

O, açıqlamasında Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini və orada uğur qazanacağı təqdirdə Qırğızıstan və Qazaxıstana hücum edəcəyini, bu səbəbdən Ukraynada Rusiyaya qarşı döyüşdüklərini bildirib. 

Məlumata görə, bu yaxınlarda yaradılan bölmədə təxminən 350-yə yaxın döyüşçü var. Döyüşçülər Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Çinin Uyğur bölgəsindəndir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər