DÜNYA

Meşədə ağac kəsən bələdiyyə sədrinə donuz hücum etdi - ANBAAN VİDEO

Bursada qəribə hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, meşədə icazəli olaraq dostları ilə birlikdə odun doğrayan kənd bələdiyyə sədri Ahmet Kula itlərin qovduğu donuzun hücumuna məruz qalıb. 

Bildirilir ki, İtlərin gəldiyini görənlər mobil telefonları ilə çəkiliş etməyə başlayıblar. İtlərin qovduğu donuz ağacların arasından çıxıb və kənd bələdiyyə sədrinə hücum edib. A.Kula donuzun zərbəsindən yerə yıxılıb. 

Bələdiyyə sədrini yüngül yaralayan donuz yoluna davam edib. Hücuma məruz qalan kişi xoşbəxlikdən kiçik sıyrıqlarla hücumdan xilas olub.

Həmin anlar anbaan lentə alınıb.  

Nilay

 

Oxşar Xəbərlər