DÜNYA

Rusiya ABŞ və İsrailin hədəfə aldığı ölkəni açıqladı - FOTO

Rusiya mediası İsrail və ABŞ-ın birgə təlimlər keçirməsi ilə bağlı məlumat dərc edib.

32gun.az Rusiya KİV-ə istinadən xəbər verir ki, iki ölkənin birgə təlimlərinin hədəfi İrandır. Təlimdə İsrail və ABŞ-a məxsus 8 ədəd F-35 qırıcısının və ABŞ-ın KC-135 tanker təyyarəsinin olduğu açıqlanıb.

İsrail ve ABD'nin ortak tatbikatı dünya gündemine oturdu! 'Tahran'a gözdağı  veriliyor' iddiası korku yarattı - Son Dakika

İsrail Müdafiə Qüvvələri (IDF) təlim çərçivəsində regional təhlükələrə qarşı müxtəlif ssenarilərin həyata keçirildiyini açıqlayıb. Eyni bəyanatda aşağıdakı ifadələr yer alır, “Bu təlimlər Yaxın Şərqdə, xüsusən də İrandan qaynaqlanan ümumi narahatlıqlara cavab olaraq iki ordunun strateji əməkdaşlığının mühüm tərkib hissəsidir”.

Hərbi ekspertlər İsrailin İrana qarşı mümkün hava hücumunu simulyasiya etdiyini vurğulasa da, ABŞ-ın bu təlimdə iştirakı Tehrana hədə-qorxu kimi yozulur.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər