DÜNYA
Ramzan Kadırovu tənqid edən tanınmış bloger öldürüldü - QƏTLİN TƏFƏRRÜATLARI
Məşhur çeçen bloger Tumso Abduraxmanovun İsveçdə yoxa çıxdığı ilə bağlı məlumat yayılmışdı.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşən blogerin bir qrup naməlum şəxs tərəfindən dekabrın 5-i gecə saatlarında qətlə yetirildiyi bəlli olub.
"Tumso gecə saatlarında bir qrup şəxs tərəfindən güllələnib və hazırda qətlin təfərrüatları dəqiqləşdirilir" - deyə, məlumat verilib.
Qeyd edək ki, Tumso Çeçenistan rəhbəri Ramzan Kadırovun tənqidçilərindən biri olaraq tanınıb.
Nurlan Şiraliyev